USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tender "ovçuları" Qarabağın bərpa işlərində: Çoxmilyonluq müsabiqələr cəmi 4 günə yekunlaşıb - Fotofakt

28.04.2021 Tender
0 0
Xəbər verildiyi kimi, Şəhərsalma və Arxitektura Komitəsi İşğaldan azad edilən rayonlarda tikintilərin bərpası ilə bağlı layihələrin hazırlanması, eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında, Gəncə şəhərində, Tərtər rayonunda, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında, Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı tenderin nəticələrini elan edib. Tenderlərdə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (1 162 min manat), “Rabitəinşaat” ASC (4 579 min manat), “Conco” QSC (4 895 min manat,), “Real-İnşaat” (5 671 min manat), “Az Graft Construction” (3 388 min manat) və “Parlaq-N” MMC-lərdir (2 116 min manat).

Tenderlər 6 lot üzrə elan edilmişdi. Bunlar

1) düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi,

2) Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında,

3) Gəncə şəhərində,

4) Tərtər rayonunda,

5) Füzuli, Cəbrayıl və Tərtər rayonlarında,

6) Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı olub.

Vahid dövlət satınalmaları portalının açıqladığı məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq Komitənin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (1 162 min manat), eləcə də “Rabitəinşaat” ASC (4 579 min manat), “Conco” QSC (4 895 min manat), “Real-İnşaat” (5 671 min manat), “Az Graft Construction” (3 388 min manat) və “Parlaq-N” MMC-lərdir (2 116 min manat).

Maraqlıdır ki, Dövlət Şəhərsalma və Arxitertura Komitəsi belə böyük məbləğdə tikinti işlərinə aid olan layihələr üzrə satınalmanı – açıq tender yolu ilə deyil, təkliflər sorğusu ilə həyata keçirib. Üstəlik, təklifləri hazırlamaq üçün iştirakçılara cəmi 4 gün vaxt verilib.

Belə ki, sözügedən işlər üçün tender elanı martın 29-da açıqlanıb. Elanda bildirilir ki, «Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 30.03.2021 09:00 – 02.04.2021 12:00 tarixinədək qəbul olunur». Başqa sözlə, bütün bu tikinti işləri üzrə araşdırma və təkliflərin hazırlanması 4 günə tamamlanmalı idi.

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi təkliflər sorğusunda iştirakçıların sayını və təklifləri açıqlamayıb. Yalnız qaliblərin adları və görüləcək işlərin həcmi açıqlanıb.

Başqa sözlə tenderlərin ümumi məbləği 21,8 milyon manat təşkil edir.

Tender qaliblərini təqdim edirik.

«Rabitə inşaat» MMC

İndiyədək, yəni 2018-ci ildən bəri ümumi məbləği 47,1 milyon manat olan 18 tikinti tenderinin qalibi olub. Tenderlərin əksəriyyəti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun tikinti layihələri – qaçqın şəhərciklərinin salınmasına aiddir. Cəmi 4 tender, kiçik müqavilələri əhatə edir – ümumi məbləği 445 min manatdır. Digər 14 tenderdə 46,7 milyon manat əldə edilib. Növbəti iri tender isə Şəhərsalma və Arxitektura Komitəsindən gəlib. Bu tenderin məbləği 4,579 milyon manat təşkil edir.

“Conco” QSC və ya “Conco” MMC

Dövlət satınalmalarında 2017-ci ildən iştirak edir və iri tikinti tenderlərdə qalib gəlməsi ilə məşhurdur. İndiyədək ən çox 3 təşkilatın tikinti tenderlərini qazanıb. Bunlar MİDA (3 tenderdə 26,8 milyon manat), İçərişəhər Dövlət Qoruğu (2 tenderdə 4,1 milyon manat) və Əmək və Əhalinin Sosisl Müdafiəsi Nazirliyidir (2 tenderdə 1,8 milyon manat). Başqa sözlə, indiyədək «Conco» şirkəti 33 milyon manatlıq tikinti tenderi qazanmışdı. İndi isə bu siyahıya Şəhərsalma və Arxitektura Komitəsi də əlavə olunub. Yeri gəlmişkən, əvvəllər MMC olan şirkət 2020-ci ilin sentyabrında Qapalı səhmdar cəmiyyətə (QSC) çevrilib.

«Parlaq-N» MMC

İndiyədək daha çox İsmayıllı rayon icra hakimiyyətinin tenderlərində qalib gəlib. 2018-ci ildən bəri şirkət İsmayıllıda ümumi məbləği 2,3 milyon manat olan 5 tender qazanıb. Hüquqi ünvanı Füzuli rayon, Horadiz şəhəri, Xanlar 5 olan şirkət bundan başqa, 2020-ci ildə Təhsil Naziriliyinin 2 024 970 manatlıq iri bir tenderində qalib gəlib. Nəticədə indiyədək rəsmi olaraq açıqlanan 4,3 milyon manatlıq tenleriq qalibi olub. Şəhərsalma və Arxitektura Komitəsinin tenderi sonuncu və ən böyüyüdür – 2 milyon 115 min 94 1 manat 66 qəpik.

“Az Graft Construction” MMC

Dövlət satınalmalarında indiyədək iştirak etməyib. Elə ilk qalibiyyəti 3387525,33 manat məbləğində müqavilə olub

«Real-İnşaat» MMC

«Real-İnşaat» MMC üçün bu ikinci dövlət tenderidir. İndiki tenderdə şirkət 567,1milyon manatlıq dövlət sifarişi qazanıb. Bundan əvvəl isə şirkət “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Ağcabədi PİEZ-da yenidən qurma, təmir işləri və yeni tikililərin satın alınması işlərini görmək üçün 1 milyon 130 min 440 manatlıq satınalmanı qazanmışdı.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsində açıq şəkildə qeyd olunur ki, vergi borcu olan şirkətlər tender müsabiqələrində iştirak edə bilməzlər. Amma hazırda “Az Graft Construction” MMC-nin 31 min, “Real-İnşaat” MMC-nin 8 min, “PARLAQ-N” MMC-nin isə 191 min manat vergi borcu olmasına baxmayaraq milyonlarla manat dəyəri olan tender müsabiqələrində qalib elan ediliblər.

Şirkətlərin bir-çoxunun normal veb-saytı, sosial şəbəkə hesabları belə mövcud deyil. Şəkildə gördüyünüz “Facebook” səhifəsi 3,40 milyon manatlıq tenderi udan “Az Graft Construction” MMC-yə məxsusdur. Nizamnam’ kapitalı 20 manat olan şirkətə (“Real-İnşaat”) isə 5,67 milyon manat vəsait ayrılıb.

Bu arada Gəncə şəhər İcra Hakimiyyətinin saytında aprelin 23-də yer alan xəbərdə xəsarət almış evlərin və mənzillərin artıq təmir edildiyi deyilir:

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə təmir-tikinti prossesinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, qismən ziyan dəymiş 253 evin təmiri artıq başa çatıb, 893 evdə isə işlər davam etməkdədir. Bununla yanaşı 24 qəzalı evdən 10-nun tikintisi həyata keçirilir, 14 evin isə fərdi layihəsi hazırlanır.

Niyazi Bayramov burada sakinlərlə də görüşüb, onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar dəymiş ziyanın tez bir zamanda aradan qaldırılacağı üçün məmmunluq ifadə edib, göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər”.

Aztoday

  • Əvvəlki

    Ramiz Mehdiyev məmurlarla bağlı bəyanat yaydı

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21