“Aztelekom” UAZ markalı avtomobillər alır

20.07.2018 Tender
"Aztelekom" MMC 25 ədəd UAZ-390945-520 markalı avtomobilin tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.

Seçim açıq tender metodu ilə keçirilir.

Tenderdə yerli və xarici hüquqi şəxslər iştirak edə bilər.

Tenderdə iştirak haqqı 300 manatdır.

Təklif dəyərinin 2%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 2018-ci il sentyabrın 4-dək qəbul olunur.

Tender proseduru 2018-ci il sentyabrın 5-də baş tutacaq.

Telefon: (+99412) 344-00-00 (372)