Əcnəbilərin Azərbaycanda qalma müddəti yenidən uzadıldı

12.05.2020 Turizm
Azərbaycanda olan əcnəbilərin ölkədə qalma müddəti yenidən uzadıldı.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

Onun sözlərinə görə, ölkənin dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin mayın 31-dək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, müvəqqəti olma müddəti 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

“Eyni zamanda bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaqdır. Bununla bağlı əlavə məlumat veriləcə. Əlavə məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur”- deyə məlumatda qeyd olunub.