Qarabağ Azərbaycandır!

Bahalı Bakı-Gəncə sürət qatarı yolda qaldı

05.01.2019 Nəqliyyat
Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

"Kommersant.az"-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

"Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub. O, VİP vaqondan sosial şəbəkədə video da paylaşıb.