USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hesablama Palatası: DSMF üzrə audit qərarları icra olunmayıb

13.01.2026 İqtisadiyyat
0 0
2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə müəyyən edilmiş bir sıra məsələlər bu günə qədər icra olunmayıb.

Kommersant.az bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Audit DSMF-nin büdcə gəlirlərinin və xərclərinin icrasını, eləcə də sərbəst vəsaitlərin idarə edilməsini əhatə edib.

Nəticələrə əsasən, investisiya fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə mənfəət vergisinə dair hesabatların hüquqi aktların tələblərinə uyğun təqdim olunması və mənfəət vergisinin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib.

Bununla yanaşı, dövlət icbari şəxsi sığorta sistemi çərçivəsində daxilolmaların və xərclərin Fondun büdcələrinə dair qanunlara və hesabat məlumatlarına tam şəkildə daxil edilməsi də 2024-cü ildə aparılmış auditə baxmayaraq bu günədək icra olunmayıb.

Qeyd olunan məsələlər üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsindədir.

//report

  • Əvvəlki

    “Mənsimov işi”nin gizlinləri: Neft maqnatı və onun "media qolu" iş adamını niyə "qaralayıb"?

Digər xəbərlər