Metro istifadəçilərinə - ŞAD XƏBƏR

12.02.2019 Nəqliyyat
Bakının "Xətai” metrostansiyasında təmir tikinti işləri sürətlə davam edir. Çəkiliş zamanı metropoliten işçiləri tərəfindən ərazidə gərgin iş prosesini müşahidə etdik.

"Kommersant.az"ın məlumatına görə, stansiyanın 50 ildir fəaliyyət göstərən binası, platforması eyni zamanda Xətai-Cəfər Cabbarlı mənzilində əsaslı təmir yenidənqurma işləri aparılır.

Qurumun rəsmisi eyni zamanda paytaxtın Ceyhun Səlimov küçəsində yeni tikilən metro stansiyasının inşasından da danışdı.

O qeyd etdi ki, stansiya 2020-ci ilədək hazır vəziyyətdə tikilib sərnişinlərin istifadəsinə veriləcək.