İtaliya hökumətinin əhalinin ətraf mühiti daha az çirkləndirən avtomobilləri almağa təşviq edən yeni ekoloji vergi və ekoloji bonus sistemi haqqındakı qanunu qüvvəyə minib.
"Kommersant.az" Azərtac-a istinadən xəbər verir ki, yeni sistem elektrik və hibrid avtomobilləri alan insanlar üçün vergi imtiyazları nəzərdə tutur. Eko-verginin 2021-ci ilin dekabrın 31-dək alınan çirkləndirmə səviyyəsi yüksək olan avtomobillərə tətbiq olunacağı bildirilir. Vergi yeni alınan avtomobilin karbon tullantılarından asılı olaraq 1100 ilə 2500 avro arasında dəyişəcək.