USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

05.03.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən alınan 300 ədəd yeni avtobusun bu ilin iyun ayından etibarən Bakıya gətirilməsinə başlanılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O bildirib ki, tezliklə Bakıətrafı qəsəbələr və kəndlər üzrə hərəkət edən avtobuslar yeniləri ilə əvəz olunacaq, sərnişin daşınması üçün yararsız olan bütün avtobuslar xətdən çıxarılacaq.

M.Ağayevin sözlərinə görə, artıq BNA tərəfindən 300 ədəd müasir, komfortlu avtobus alınıb və iyun ayından etibarən paytaxta gətiriləcək. Bu avtobuslar sərnişinlərin daha çox narazı olduğu marşrut xətlərinə veriləcək. Agentlik tərəfindən qoyulan tələblərin əməl edilmədiyi marşrut xətlərində əvəzlənmələr aparılacaq.

  • Əvvəlki

    Küçəyə atılan maşının 500 min dollar dəyəri var - FOTO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0