USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu sürücülər cərimələnəcək - VİDEO

09.07.2020 İqtisadiyyat
0 0
Stasionar polis postlarının ləğv edilməsindən istifadə edərək avtomobillə icazəsiz hərəkət edənlər xüsusi texniki avadanlıqlarla müəyyən edilir. Daha sonra onlara cərimə yazılır.

"Kommersant.az" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, hər bir vətəndaş yaşadığı yeri tərk etməzdən əvvəl mütləq icazə almalıdır, ya da mövcud sistemdə icazəsinin aktiv olub-olmadığını yoxlamalıdır.

Kamran Əliyev əlavə edib ki, yoxlamalar zamanı icazəsi ləğv edilən, lakin bundan xəbərsiz olduğunu bildirən xeyli sayda hərəkət iştirakçısı aşkarlanıb.