Daxili Nəzarət və Komplayns departamenti işçisi - VAKANSİYA

26.07.2019 Vakansiya
"Yapı Kredi Bank" Daxili Nəzarət və Komplayns departamenti işçisi axtarır.

Daxili Nəzarət və Komplayns departamenti

Vəzifəyə olan tələblər:

– Ali təhsil;
– Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə iş təcrübəsi;
– Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmalıdır;
– Azərbaycan dilini mükəmməl, türk və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
– Sertifikatlı Daxili Auditor olmaq və ya bu imtahana başlamaq üstünlük sayılır;
– Yaradıcı yanaşmaya malik olmaq və ünsiyyət qurmaq qabiliyyəti vacibdir.

Funksional Öhdəliklər:

– Bank aktivlərinin qorunması və cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi;
– Günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
– Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi, Daxili nəzarət və komplayens departamentinin müdirinin məlumatlandırılması;
– Bankın filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.

Namizədlər özləri haqda məlumatı (CV) hr@yapikredi.com.az bu ünvana göndərə bilərlər.