“Bank Respublika”dan idxal əməliyyatları həyata keçirən müştərilərə müjdə!

26.07.2019 Bank
Ölkədə korporativ bankçılığa xüsusi önəm verən Bank Respublika, Dövlət Gömrük Komitəsinin kredit təşkilatlarının reyestrinə daxil edilib.

Beynəlxalq ticarətdə hesablaşmalar və idxal əməliyyatları ilə məşğul olan təşkilat və fərdi sahibkarlar ortaya çıxa biləcək maliyyə risklərindən qorumaq üçün “Bank Respublika”nın əlverişli xidmətlərindən yararlana bilərlər.

Belə ki, bankın təqdim etdiyi qarantiya məktubu əsasında idxal əməliyyatlarını həyata keçirən müştərilər gömrük orqanına rüsum ödənişi müddətinə güzəşt əldə edəcək. Başqa sözlə, bank müştərinin gömrük orqanına ödəniş və rüsumlarının göstərilən müddətdə ödənilməsinə təminat verəcək. Qarantiya məktubunu əldə etmək istəyən müştərilər gömrük orqanlarına qarantiyanın müddəti, məbləği, idxal olunan malların detalları haqqında təqdim etdikləri sənədləri banka təqdim etməlidir.

Bundan başqa, Bank Respublika müştərilərinə digər növ yerli və beynəlxalq qarantiya məhsullarını da təklif edir:

  • ödəniş zəmanəti (payment guarantee)
  • tender zəmanəti (bid bound)
  • öhdəliklərin yerinə yetirilməsinə zəmanət (performance bond)
  • avans ödənişin qaytarılmasına zəmanət (advance payment guarantee)
  • zəmanətli öhdəliklərin yerinə yetirilməsinə zəmanət
  • kredit vəsaitlərinin qaytarılmasına zəmanət
  • zəmanətlərin avizo edilməsi
  • digər bankların kontr-zəmanətləri əsasında zəmanətlərin buraxılması

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.