USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş Prokurorluq 98 vakant yer üzrə müsabiqə elan edib

25.02.2020 Vakansiya
0 0
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində ardıcıl islahatlar aparılır.

Baş Prokurorluqdan "Kommersant.az"-a verilən məlumata görə, göstərilənlərin davamı olaraq, dövlət başçısı tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanda prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi olaraq təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin daha da artırılması üçün tədbirlərin görülməsi tövsiyə edib.

Həmin tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 9 aprel 2019-cu il tarixli sərəncamla Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində müsabiqə keçirilmiş və şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsi üzrə müvafiq təyinatlar aparılıb.

Dövlət ittihamının daha effektiv həyata keçirilməsi, bu sahədə vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi məqsədi ilə 24 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikasının Baş Prokuroruluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun yenidən təşkil edilməsi haqqında” əmr imzalanmış və eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınaraq komissiya yaradılıb.

Həmin sərəncama uyğun olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni tərkibdə formalaşdırılması məqsədilə 3 böyük prokuror-metodist, 8 böyük prokuror və 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilir.

Prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 40-dan aşağı olan prokurorluq işçiləri müsabiqədə iştirak etmək üçün 3 mart 2020-ci il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün 492-62-23, 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.

  • Əvvəlki

    Mərkəzi Bank yeni pul sayan maşınlar alır

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0