USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Nar" işçi axtarır - VAKANSİYA

22.07.2020 Vakansiya
0 0
"Nar" Brend və reklam işi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vakansiya haqqında

İdarə : B2C Kommersiya
İş qrafiki: Standart
İş müddəti : Müvəqqəti

İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 04.08.2020

Sizin əsas vəzifə öhdəlikləriniz

* Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
* Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
* Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq

* Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
* Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
* Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
* Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
* Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
* Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil
* Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
* Vendorlarla işləmə bacarığı
* Təşkilatçılıq bacarığı

* Vaxtın düzgün idarə olunması bacarığı
* Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
* Təzyiq altında işləmə bacarığı
* Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
* MS Office proqramlarını bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda "Brend və reklam işi üzrə mütəxəssis " qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Bank Respublika kredit faizlərini 15.9%-ə endirdi!

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0