USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

" Baku Electronics" işçi axtarır - VAKANSİYA

17.11.2020 Vakansiya
0 0
Baku Electronics İnsan Resursları üzrə Mütəxəssisvəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

- Əmək Məzuniyyəti qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, sənədləşdirmək,arxivləşdirmək;
- Sosial məzuniyyət hüququ və ondan istifadə qaydalarının icrasını təmin etmək və ona uyğun müvafiq əməliyyatların aparılması;
- Ödənişsiz məzuniyyətdən istifadə qaydalarına uyğun sənədləşməni təmin etmək;
- Yaradıcılıq və təhsil məzuniyyətindən istifadə qaydalarına uyğun olaraq sənədləşməni təmin etmək;
- Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinin qeydiyyatının aparılması;
- Əmək məzuniyyətindən geriçağırma və başqa vaxta keçirilməsi şərtlərinin sənədləşdirilməsini təmin etmək;
- Əmək şəraitinə və əmək funksiyasının xususiyyətlərinə görə əlavə məzuniyyətlərin verilməsinin sənədləşdirilməsini təmin etmək;
- Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş/çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
- Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
- İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
- Əlavə iş saatları,əlavə iş günü hesablanmasına dair müraciətləri qəbul etmək, davamiyyət üzrə uyğunluğunu yoxlamaq və üst rəhbərinə hesabat vermək;
- Şirkətin İnsan Resursları işlərinin elktron formada həyata keçirmək üçün istifadə olunan proqramlarında (1C. Uyumsoft: Daily attendance ) işləmək;

Tələblər:

- Ali təhsil;
- Azərbaycan, rus dillərini mükəmməl bilməsi, ingilis dili arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel kimi ofis proqramlarında və e-gov.az, e-sosial.az kimi dövlət portallarında işləmək bacarığı;
- 1C bilməsi arzuolunandır;
- AR Əmək məcəlləsi və Əmək qanunvericiliyini mükəmməl bilməsi;

İş Şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyərləndiriləcək.

Vakansiya üçün müraciət qaydası:

CV-lər “İnsan Resursları üzrə Mütəxəssis ” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

  • Əvvəlki

    Azərbaycanda pambıqçılıq tarixində ən yüksək göstəricilərdən biri qeydə alınıb

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0