USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Satınalmalar üzrə mütəxəssis - VAKANSİYA

01.12.2020 Vakansiya
0 0
SATINALMALAR ÜZRƏ MÜTƏXƏSSİS

Namizədə dair tələblər:

- Ali təhsili;
- Kompüter biliyi: Microsoft Office (Word, Excel), ERP proqramı
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
- İngilis dilini və rus dilini mükəmməl bilməli ;
- Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışın olması;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti
- 25-35 yaş aralığı ;

Vəzifələr:

- Tələb olunan mal və materiallar üçün qiymət araşdırmasının aparılması və tələb olunan mal və materiallar üçün istər ölkə daxilində istərsə də ölkə xaricində uyğun satıcının tapılması;
- Kritik stokları müəyyənləşdirilmiş məmulatların təyin edilmiş say səviyyəsinin saxlanılmasını təmin etmək;
- Etibarlı təchizatçıların müəyyənləşdirilməsi.
- Alınmış məmulatların keyfiyyət və logistika məsələlərinin həll edilməsinə dəstək olmaq;
- Qiymət və maliyyə analizlərini həyata keçirmək;
- Mal və materialın alışı üçün müqavilə şərtlərini müəyyən etmək və izləmək:
- Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və sistemə daxil etmək;
- Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və sistemə daxil etmək;
- Sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
- Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
- Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
- Satınalma üzrə bütün məlumatların kağız nüsxəsini təhlükəsiz yerdə saxlamaq;
- İstehsal sübyektinin uçot siyasəti və prosedurlarına uyğun olaraq xərclərin razılaşdırılmış çərçivədə istifadəsini təmin etmək;
- Satınalma ilə əlaqədar hesabatları hazırlamaq və İSO keyfiyyət sisteminin tələblərinə uyğun işləmək;
- Hesabatlar hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftəlik 5 iş günü (09:00-18:00)
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

E-mail: [email protected]

  • Əvvəlki

    Kia mühərrik çeşidini genişləndirib - FOTO

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0