USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kommersiya üzrə satınalma meneceri tələb olunur - VAKANSİYA

19.07.2018 Vakansiya
0 0
“Mətanət A” şirkəti Kommersiya üzrə satınalma meneceri vakansiyasını elan edir

Vəzifə funksiyaları

-Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;

-Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;

-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;

-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;

-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;

-Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;

-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

-Logistika və nəqliyyat nəzarətinin təşkili;

-Alınan malların keyfiyyətinə nəzarət;

-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

-Gömrüklə işləmə bacarığı;

-Satınalma sənədlərini hazırlama qabiliyyəti.

Tələblər:

-İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;

-Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;

-Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;

-Təchizat zənciri haqqında ümumi biliklər;

- İncoterms 2010;

-Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;

-Komanda işinin təşkili;

-Yaş həddi: 25-35;

-Kompüter biliyi: MS Office (Word, Excel);

-Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir.

İş şəraiti:

-İş saatı: 09-00-dan 18-00-dək;

-İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

-Razılaşma yolu ilə:

Qeyd:

-Xarici satınalma üzrə menecer struktur olaraq Kommersiya Satınalma Şöbəsinin müdirinə tabedir;

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə

götürülmürlər; CV-ləri [email protected] ünvanına göndərin.

  • Əvvəlki

    Fitosanitar Xidmətindən kartof əkən fermerlərə xəbərdarlıq - "Bu qayda yolverilməzdir"

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0