"Azərbaycan Sənaye Korporasiyası" işçi axtarır - VAKANSİYA

19.07.2018 Vakansiya
ASK üzrə maliyyə uçotu siyasətinin hazırlanmasında iştirak; - ASK-ya daxil olan şirkətlərin biznes prosesləri ilə yaxından tanışlıq və gündəlik əməliyyatların həmin biznes proseslərə və ASK-nın maliyyə uçotu siyasətinə uyğun aparılması işinin təşkili və nəzarət.

Vakansiyanın adı: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə mütəxəssis Namizədə dair tələblər: - Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və audit, riyaziyyat və ya biznesin idarə edilməsi sahəsində ali təhsil; - Beynəlxalq Mühasibat uçotu Standartları (IAS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) barədə təkmil biliklər; - Mühasib kimi ən az 1 il iş təcrübəsi; - 1C Mühasibatlıq proqramında ən az 1 il iş təcrübəsi; - ACCA F2, F3 və F7 (və ya DipIFR) sertifikatları; əlavə sertifikatların olması üstünlükdür; - Azərbaycan və ingilis dillərində sərbəst danışma və yazma. İş barədə məlumat (vəzifə öhdəlikləri): - ASK üzrə maliyyə uçotu siyasətinin hazırlanmasında iştirak; - ASK-ya daxil olan şirkətlərin biznes prosesləri ilə yaxından tanışlıq və gündəlik əməliyyatların həmin biznes proseslərə və ASK-nın maliyyə uçotu siyasətinə uyğun aparılması işinin təşkili və nəzarət; - ASK-ya daxil olan şirkətlərin mühasibləri ilə əməkdaşlıq edilməsi və onların sorğularının cavablandırılması; - IFRS standartları əsasında maliyyə hesabatlarının, o cümlədən konsolidə edilmiş hesabatların hazırlanması və ASK-ya daxil olan şirkətlərə hesabatların hazırlanmasında dəstək göstərilməsi; - IFRS standartları əsasında hazırlanmış maliyyə hesabatları üzrə maliyyə təhlillərinin (ratio analysis) aparılması və müqayisəli cədvəllərin hazırlanması; - ASK və ASK-ya daxil olan şirkətlərdə 1C mühasibatlıq proqramının quraşdırılması prosesində iştirak. E-mail göndərərkən Mövzu (Subject) hissəsində “IFRS üzrə mütəxəssis” sözləri qeyd olunmalıdır. [email protected]

  • Əvvəlki

    Azərbaycan Hava Yolları QSC - TENDER

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
0 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0