USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitabank” işçi axtarır - VAKANSİYA

19.07.2018 Vakansiya
0 0
“Rabitabank” ASC Fiziki Şəxslərə Xidmət Şöbəsinin Rəisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. Vəzifəyə olan tələblər: • Fiziki şəxslərə qanunvericiliyə uyğun müvafiq bank hesablarının açılması (bağlanması), o cümlədən VİP müştəri hesabları üzrə əməliyyatların tez və qüsursuz aparılmasını təmin etmək; • Tabeçiliyində olan əməkdaşlar ilə birlikdə fiziki şəxslərə onların istəklərinə və qanunvericiliyə uyğun bankda göstərilən bütün növ bank məhsularının və xidmətlərin satışını həyata keçirtmək; • Departamentin Əsasnaməsindən və bankdaxili qaydalardan irəli gələn vəzifələrin, həmçinin departament direktorunun ona həvalə etmiş olduğu digər tapşırıqları həyata keçirtmək; • Fiziki şəxslərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik etmək və əməliyyatların düzgün aparılmasına nəzarət etmək; • Yığılmış məxaric və mədaxil müxabirləşmələrini limit daxilində bank proqramında yoxlanılması və təsdiqlənməsi; • Sifariş olunan plastik kartların ŞEN kodlarının saxlanılmasını təmin etmək; • Məhkəmə orqanları tərəfindən qoyulmuş məhkəmə qərarlarının icrasına nəzarət etmək; • Marketinq məhsullarının (poster, flayer və digər promo materialların) yaxşı vəziyyətdə və kifayət sayda olmasını təşkil etmək; • Satış və xidmət prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək; • Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək (“workshop”ları, təlimləri və müvafiq görüşləri təşkil etmək və s.) Vəzifəyə olan tələblər: • Ali təhsil (iqtisadi təhsilin olması arzu olunandır); • Bank sektorunda, aidiyyatı sahəsindən azı 3 il iş təcrübəsi; • Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq; • Azərbaycan dilini mükəmməl bilmək. Rus və ingilis dillərini bilən şəxslərə üstünlük verilir. • MS Office və Bank proqramlarında sərbəst işləmək bacarığı; • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyətinə malik olmaq; • İdarəetmə qabiliyyətinə malik olmaq; • Gərgin şəraitdə işləməyi bacarmaq; • Liderlik qabiliyyətinə malik olmaq; • Analitik düşüncə tərzinə malik olmaq; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Fiziki Şəxslərə Xidmət Şöbəsinin Rəisi göstərməyiniz xahiş olunur.

  • Əvvəlki

    "Azərbaycan Sənaye Korporasiyası" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0