USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"METAK" işçi axtarır - VAKANSİYA

25.07.2018 Vakansiya
0 0
"METAK" Təmirçi-çilingər mütəxəssis üzrə vakansiya elan edir

İşin təsviri:

 Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin əsaslı və orta təmiri.
 Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi.
 Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.
 Dəzgahların təmizlənməsi və yağlanması.
 Mexanizmlərin yığılması, təmiri.
 Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması.
 Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi.
 Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması.
 Təmir üçün defekt cədvəllərin tərtib edilməsi.

Əlavə şərtlər:

 İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
 İstirahət: bazar günü
 Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

 Ə/h: 600-800 azn.
 Cinsi: Kişi
 25-55 yaş
 Orta texniki təhsil
 Müvafiq iş stajı 3-5 il
 Dil bilikləri: Azərbaycan dili, Rus dili – orta
 Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 27.07.2018–ci il tarixinə kimi müraciət edə bilərlər
https://www.metak.az/resume.php?vid=111

  • Əvvəlki

    Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0