Qarabağ Azərbaycandır!

"PARABOKT"da - İŞ VAR

12.09.2018 Vakansiya
PARABOKT ASC-yə Marketinq şöbəsinə müdir tələb olunur.

Marketinq şöbəsi – müdir

Vəzifəyə olan tələblər

  • Ali təhsil;
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
  • Hesabatın hazırlanması və yazışma bacarığı;
  • Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
  • Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
  • Azərbaycan, Rus dilində sərbəst danışıq və yazışma bacarığı, rus dilini orta səviyyədən yüksən bilmək;
  • Bu sahədə iki illik təcrübəyə malik olması;

Əsas vəzifələr

  • Marketinq strategiyasını işləyib hazırlanmasında yaxından iştirak edir və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinə nəzarət edir;
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparır, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirir;
  • Məhsulu və xidmət yaradır və onun satış kanallarının müəyyən edir;
  • Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil edir və onu daima təkmilləşdirir;
  • Satışın təşkili ilə bağlı öz təkliflərini verir;
  • Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərir;
  • Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görür;
  • Bankın broşuralarının və illik hesabatının hazırlanması;
  • Bankın internet səhifəsində məlumatların yeniləşməsi qayğısına qalır;
  • Bankda keyfiyyətə nəzarət işini təşkil edir;
  • Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görür;
  • Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə saıtş işçilərinin hazırlanması qayğısına qalır.

CV-ləri Marketinq şöbəsi – müdir mövzusu ilə [email protected]parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.