USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AzerGold" mütəxəssis axtarır - VAKANSİYA

29.09.2018 Vakansiya
0 0
"AzerGold" şirkəti Daxili nəzarət şöbəsinə çovdar filiz emalı sahəsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Şirkət haqqında:

“AzerGoldQSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Daxili nəzarət şöbəsi/Çovdar filiz emalı sahəsi üzrə mütəxəssis

İş yeri: Daşkəsən rayonu

Əsas vəzifə və öhdəliklər:
• Mütəxəssis şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili nəzarət şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləyir. Mütəxəssis daxili nəzarət alətlərindən istifadə etməklə şirkətin mövcud vəziyyətini təhlil edir, riskləri və onların təsirini aşkarlayır və daxili nəzarətin qabaqlayıcı (preventive) tədbirləri ilə əlaqədar tövsiyələr verir;
• Metodologiyanın hazırlanması;
• Metodologiyanın tətbiqi;
• Statistik təhlil və icmallaşdırmanın aparılması;
• Kamplayns (uyğunluq) üzrə nəzarət;
• Digər nəzarət tədbirləri.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu və təşkilatçılıq
• Ünsiyyət və münasibətlərin qurulması
• Analitik düşüncə və riyazi biliklər
• Hesabat yazma səriştəsi

Tələb olunan təhsil və iş təcrübəsi:

• Hüquq və ya İdarəetmə yönümlü ixtisaslar üzrə ali təhsil
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Daxili nəzarət şöbəsinin Çovdar filiz emalı sahəsi üzrə mütəxəssisi " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

  • Əvvəlki

    Mühasib axtarılır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0