USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Veysəloğlu" işçi axtarır - VAKANSİYA

04.10.2018 Vakansiya
0 0
Veysəloğlu qida mühəndisi-texnoloq axtarır.

Vəzifə: Qida mühəndisi-Texnoloq (Ulduz Şokolad Fabriki) İş yeri: Azərbaycan, Bakı şəh., Nizami ray., Keşlə qəs., 2-ci Eninə 2, AZ1031 İş təcrübəsi: 2-5 il Təhsil: Müvafiq sahə üzrə ali təhsil Yaş həddi: 25-35 yaş İşin Təsviri: İstehsal edilən məhsula müvafiq olaraq texnoloji proseslərə, parametrlərə və məhsulun tərkibinə nəzarətin həyata keçirilməsi. Vəzifə öhdəlikləri: - Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək; - İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək; - Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək; - Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək; - İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq; - İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək; - Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək; - Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq; - Alınan nəticələri sənədləşdirib tərtib etmək; - Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək; - İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq. Tələblər: - Kişi namizədlər arzuolunandır; - Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: - İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; - Nahar ilə təmin edilmə. İş qrafiki: Növbəli Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Qida mühəndisi-Texnoloq” yazmaqla müraciət edilir.

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0