USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azersun"da Proqramçı olmaq istəyənlərin nəzərinə - VAKANSİYA

25.10.2018 Vakansiya
0 0
"Azersun Holding" Proqramçı vəzifəsi üzrə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

İş haqqında məlumat:

1. Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək və anlamaq bacarığı
2. Müasir proqramlaşdırma dillərini və yeni texnologiyaları mənimsəməkz. Şirkətdə istifadə edilən ERP və MRP paketlərinin işləyişini və biznes tərəflərini bilmək
3. Yazılması lazım olan proqramın analiz edilməsi və verilənlər bazasının strukturunun hazırlanması
4. Tələb olunan proqram təminatının hansı proqram vasitələrindən və proqramlaşdırma dilindən istifadə edilərək hazırlanmasını müəyyən etmək və əsaslandırmaq.
5. Tələb olunan yeni proqramların yazılması və ya mövcud proqramlarda modulların dəyişikliyinin edilməsi
6. Yeni yazılmış proqramların digər mövcud proqramlarla inteqrasiyasının yazılması
7. Proqramın ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi
8. Proqram təminatlarında optimallaşdırma işləri aparmaq, onlara müntəzəm texniki dəstək vermək

Namizədə aid tələblər:

• Kompyuter mühəndisliyi, proqramçılıq və bənzər sahələrdə ali təhsil.
• Object Oriented proqramlama texnikalarını istifadə edə bilən, veb əsaslı tətbiqlərin inkişaf etdirilməsi sahəsində təcrübəsi olan .(.net,C##,MVC,Android, Php ve s.)
• Yaxşı səviyyədə SQL Server və ya Oracle təcrübəsi olan.
• LOGO Unity və SAP sistemləri barədə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
• Komanda işini sevən, gərgin iş rejiminə uyğunlaşa bilən.

İş yeri:

Bakı şəh. H. Əliyev prospekti 92a

İş şərtləri:

İş qrafiki: 09:00 - 18:00 • İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Proqramçı”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

  • Əvvəlki

    "Kontakt Home" Şikayətlər üzrə koordinator axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0