USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro Bölgəsinin dağılması riski artır

29.05.2018 İqtisadiyyat
0 0
Bazar gözləntilərinə dair araşdırmalar aparan "Sentix"in sorğusuna görə, Mayda Avro Bölgəsinin 12 ay ərzində dağılması riski, 2017-ci ilin Aprel ayından bu yana ən yüksək səviyyəyə çıxıb. Buna səbəb siyasi qeyri-müəyyən məqamların yaşandığı İtaliyadır.

"Kommersant.Az" xəbər verir ki, Mərkəzi ofisi Frankfurtda yerləşən "Sentix", May ayı Avro Bölgəsi Dağılma İndeksi (EBI) sorğusunun nəticələrini yayıb.

Sorğuya görə, dağılma riski indeksi May ayında 13%-ə yüksəlib. Bu, sorğuda iştirak edən investorların 13 faizinin Avro Bölgəsinin 12 ay ərzində dağılmasının mümkün ola biləcəyini düşündüyü mənasına gəlir.

Sözügedən indeks, 2012-ci ilin İyun ayından bu yana aylıq dərc olunur. İndeksdə ən yüksək qiymət 73 faiz ilə 2012-ci ilin İyul ayında, ən aşağı qiymət isə 6,3 ilə bu ilin Aprel ayında qeyd edilib.

İTALYAN RİSKİ YÜKSƏLİR

İtaliyada hökumət qurulmasında yaşanan çətinliklər və Lig partiyası ilə 5 Ulduz Hərəkatının (M5S) Avropa əleyhinə çıxışları investorları narahat edir. Siyasi qeyri-müəyyənliklər çərçivəsində İtaliyanın Avro Zonasından çıxması ehtimalı Aprel ayındakı 3,6%-dən Mayda 11,3%-ə yüksəlib.


Min investorunun iştirak etdiyi sorğu 24-26 Mayda həyata keçirilib.

  • Əvvəlki

    Çinin nəhəng dövlət şirkəti “Abşeron Aqro Park”ını ziyarət edib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0