USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın “bitcoin” planı

11.06.2018 İqtisadiyyat
0 0
Yayılan məlumatlara görə, Rusiya öz kriptovalyutasını yaradacaqdı

"Kommersant" xəbər verir ki, xarici media qurumlarının son məlumatlarına görə, Rusiya öz kriptovalyutasını yaratmayacaq, amma maliyyə məhdudiyyətlərindən qaçmaq üçün mövcud rəqəmsal pullardan istifadə edəcək.

Rusiya prezidenti Vladimir Putin də müsahibələrində Federasiyanın kriptovalyuta yaradacağı ilə bağlı məsələləri təkzib etmişdi. Onun sözlərinə görə, kriptovalyuta mərkəzləşdirilməmiş xarakterə malik olduğu üçün, bu pullar hər hansı bir dövlətə aid ola bilməz.

Putin, kriptovalyuta ilə bağlı mövqeyinə bildirərkən qeyd edib ki, bu rəqəmsal valyutalar dəyəri qorunan qanuni ödəniş vasitəsi olmasa da, "qlobal ticarətdə məhdudiyyətlərindən" qaçmaq üçün səmərəli bir yol kimi araşdırılmalıdır.

Qeyd etmək lazımdır ki, dövlət kriptovalyutasının dövriyyəyə buraxılmasının qeyri-mümkünlüyünə baxmayaraq, Rusiyanın blokçeyn tenologiyalarından istifadə etmə şansı var. Bununla da dövlət və biznes proseslərinin optimallaşdırılması mümkün ola bilər. Bəlkə də məhz buna görə deyilir ki, kriptovalyuta Rusiyada kifayət qədər dəstəklənmir.

Bundan başqa, onu da əlavə edək ki, rəqəmsal valyutalara investisiya qoymağı planlayanlar maksimum ehtiyyatlı olmalıdırlar və itirilə biləcək sərmayədən artıq yatırım etməməlidirlər.

  • Əvvəlki

    Baytarlıq Nəzarəti Xidmətinin rəisi “AZZA Aqro”da

Digər xəbərlər