USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ruhani sanksiyaların İrana vurduğu zərərin miqdarını açıqladı

10.06.2020 İqtisadiyyat
0 0
"ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İranın gəliri hər il 50 milyard dollar azalıb".

"Kommersant.az" xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. O, 4 aydır eyni anda bir tərəfdən Covid-19 pandemiyası ilə, digər tərəfdən də ABŞ-ın sanksiyaları ilə mübarizə apardıqlarını və bunun əhalinin rifahı üzərində böyük təzyiq yaratdığını bildirib:

"Bunun bərpa edilməsi də çox çətindir. Fövqəladə təzyiq altında olsaq da builki büdcəmiz 570 trilyon tüməndir. Bu rəqəm ötən il 448 trilyon tümən idi. 50 milyard dollar, yəni 870 trilyon tümən ötənilki büdcənin təxminən iki qatıdır. Dünyanın bütün ölkələri bu təzyiqlər altında diz çökərdi. Amma biz ağır şərtlər altında olmağımıza baxmayaraq dözürük".

  • Əvvəlki

    Avstriya sərhədlərini 31 ölkəyə açır

Digər xəbərlər