ABŞ-ın büdcə kəsiri üç dəfə artıb

09.10.2020 Maliyyə
Sentyabrın 30-da başa çatan 2020-ci maliyyə ilinin yekunlarına görə, ABŞ-ın dövlət büdcəsinin kəsiri üç dəfə artaraq 3,1 trln. dollar təşkil edib.

"Kommersant.az" xəbər verir ki, büdcə kəsiri ÜDM-in 15,2%-ni təşkil edib ki, bu da 1945-ci ildən bəri maksimum nəticədir.

Qeyd edək ki, büdcə kəsiri federal hökumətin COVID-19 pandemiyası ilə mübarizəyə və ABŞ iqtisadiyyatına dəstək xərclərinin kəskin artması və geniş yayılmış izolyasiyaya ilə bağlı əmək bazarında kütləvi ixtisarlar fonunda yaranıb.