Rusiyanın sərbəst pul kütləsi azalıb - EKSPERT RƏYİ

26.06.2018 Maliyyə
May ayında Rusiyanın sərbəst pul kütləsi bu ilin aprel ayına nisbətən 4,4% azalaraq 24 min rubl təşkil edib.

“Kommersant” xəbər verir ki, 2018-ci ildə orta hesabla sərbəst pul kütləsi rekord səviyyəyə yüksəlib. Belə ki, "Romir" şirkətinin araşdırmasına görə, bu rəqəm cari ilin ilk beş ayının yekunun nəticələrinə görə, 21,9 min rubl təşkil edib.

Məlumdur ki, "Romir"in sərbəst maliyyə indeksləri daxili gəlir və xərclərin zəruri mal və xidmətlər üzrə xərclərə olan nisbətidir. Şirkətin gəlir miqdarı isə hesablamalar, mal və xidmət xərcləri isə skan-panel əsasında müəyyən edilir. Onun bazası, əhalisi 10 min nəfərdən çox olan 190 şəhərdən 30 min rus, 11,5 min ev sahibinin istehlak məmulatları təsərrüfatından ibarətdir.

“Romir” skan-panelin hesablamalarına görə, rusların ev təsərrüfatı xərcləri ilə ortalama xərclərini müqayisə etsək, sərbəst maliyyə axınının 24 min rublu keçdiyini görərik. Nəticəni cari ilin aprel ayı ilə müqayisə etsək, sərbəst pul kütləsinin səviyyəsinin 4,4%-ə qədər düşdüyünü görərik. Bunun səbəbini isə bu dönəmdə bayram və qeyri-iş günlərinin çox olması ilə əsaslandırırlar.