Britaniyadan AB-ə dəstək - RAZILIQ ƏLDƏ OLUNDU

07.07.2018 Maliyyə
Böyük Britaniya "Brexit"dən sonra AB ilə azad ticarət zonasının yaradılmasının tərəfdarı olduğunu bildirib.

“Kommersant” xəbər verir ki, Böyük Britaniyanın baş naziri Theresa Meyin sözlərinə görə, bu, Londonda əhali üçün iş yerlərini qorumağa və yaşayışı təmin etməyə kömək edəcək. Böyük Britaniya uzun sürən müzakirələrin ardından, "Brexit"dən sonra Avropa İttifaqı ilə azad ticarət zonasının yaradılmasını dəstəkləyir.

Baş nazir jurnalistlərə açıqlamasında aparılan müzakirələrin ardından AB ilə sənaye malları və kənd təsərrüfatı məhsullarının azad ticarəti ilə bağlı razılığa gəlindiyini bildirib. Mey əlavə edib ki, gələn həftə “Ağ kitab” adlı kitab nəşr olunacaq və bu kitabda tərəflərin gəldiyi razılıq, sərhədlər, maliyyə məsələləri haqqında geniş şərh yer alacaq.