Məşhur taksi xidmətinin lisenziyası - DAYANDIRILDI

09.08.2018 Maliyyə
“Uber”in lisenziyası dayandırılıb.

“Kommersant.az” xəbər verir ki, Nyu-York hökuməti “Uber” və “Lyft” şirkətlərinin taksi sürücülərinə yeni lisenziya verməyi müvəqqəti olaraq dayandırıb.

İctimaiyyətə verilən məlumatda, məhdudlaşdırmanın 1 il davam edəcəyi bildirilib. Belə ki, ABŞ, yeni qanun layihəsi işləyib və bu qanuna görə, Nyu-York şirkətlərə lisenziyaların verilməsinə məhdudiyyətlər qoyan ilk şəhər olacaq. “Uber”in bu siyahıda ilk yeri almasına səbəb isə, şəhərin digər taksi xidmətlərinin inkişafına nail olmaqdır.