USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit götürdükdən sonra işsiz qaldınız? - NƏ ETMƏLİ?

12.09.2018 İqtisadiyyat
0 0
Kreditinizi ödəyə bilməyiniz üçün təkliflərimiz var.

"Kommersant.az" xəbər verir ki, işsiz qaldığı üçün kredit borcunu ödəyə bilməyənlər az deyil. Bəs bu halda nə etməli?

Belə ki, kredit götürdükdən sonra işsiz qalmısınızsa, əslində borcunuzu ödəmək məqsədi ilə ata biləcəyiniz az addım var. İlk olaraq bu halda bankla əlaqə qurmağa çalışmağı və bankdan qaçmamağı, dərdinizi banka deməyi məsləhət görürük. Bəzi banklar insaflı davranaraq kreditinizi dondura bilirlər. Amma şansınızın bu variantda gətirməmə ehtimalı da var.

Bankla razılaşa biləcəyiniz növbəti üsul kredit strukturunun dəyişdirilməsi ola bilər. Belə ki, bu halda borcunuz bank tərəfindən elə bölünür ki, aşağı faizlə uzun müddətdə borcunuzu ödəyirsiniz.

Sizə təqdim edə biləcəyimiz növbəti təklif işsizlik sığortası etdirməyinizdir. Bu halda işsiz qaldığınız zaman kreditiniz daxil olmaqla bütün xərclərinizi ödəyə bilərsiniz.

Bu üsulların heç biri işə yaramazsa, təəssüf ki, təyin edilmiş vaxtdan sonra qanuni şəkildə izlənməyə alınırsınız və bank sizinlə olan məsələsini vəkilə yönəldir. Gerisi artıq məhkəmənin hökmünə qalır.

  • Əvvəlki

    “Facebook” iş tapmağınıza kömək edəcək

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0