Qarabağ Azərbaycandır!

Türkiyə vətəndaşı olmaq asanlaşdı

19.09.2018 Maliyyə
Tələb olunan yatırım miqdarı azaldılıb.

“Kommersant.az” xəbər verir ki, xaricilərin Türkiyə vətəndaşlığı almaq üçün qarşılaşdığı problemlər müəyyən qədər yumşaldılıb.

Belə ki, dövlətin Türkiyə vətəndaşlığı almaq istəyənlər üçün qanuna etdiyi dəyişikliklər türk vətəndaşı olmağı asanlaşdırıb. Dəyişikliyə əsasən, Türkiyə vətəndaşı olmaq üçün yatırılmalı sərmayə miqdarı 2 milyon dollardan 500 min dollara endirilib.

Daşınmaz əmlak almaq yolu ilə vətəndaşlıq almaq istəyənlərin isə alacağı əmlakın dəyəri 1 milyon dollardan 250 min dollara, Türkiyə banklarında 3 il qalmaq şərti ilə vətəndaşlıq almaq üçün nəzərdə tutulan 3 milyon dollar isə 500 min dollara endirilib.