Qarabağ Azərbaycandır!

ABŞ sanksiyalarının ikinci mərhələsi başlayır

27.09.2018 Maliyyə
Noyabrdan etibarən İran banklarına sanksiya.

“Kommersant.az” xəbər verir ki, ABŞ noyabrdan etibarən İranın Mərkəzi Bankı da başda olmaqla, bütün banklarına qarşı sanksiyalara başlayacaq. Bu barədə məlumatı ABŞ-ın iqtisadiyyat naziri Marşall Billinqsli yayıb.

Qeyd edək ki, bu, Amerikanın İrana qarşı yürütdüyü sanksiya siyasətinin ikinci mərhələsi olacaq. Birinci mərhələ isə 6 avqust tarixində baş tutmuşdu. Birinci mərhələdə qızıl, qiymətli metallar, İrandan ixrac olunan avtomobillərə qarşı tətbiq edilən sanksiyalar istənilən nəticəni vermişdi.