Qarabağ Azərbaycandır!

Britaniya AB-ni tərk edir?

02.10.2018 Maliyyə
İngiltərənin “Brexit” qərarı yenidən gündəmdədir.

“Kommersant.az” xəbər verir ki, İngiltərənin maliyyə nazirliyindən verilən açıqlamaya görə, hələ indidən “Brexit”in iqtisadiyyata verdiyi zərərlər kifayət qədərdir.

Bununla belə maliyyə naziri Hammond bildirib ki, Avropa Birliyi ilə razılıq əldə olunmasa da, İngiltərə iqtisadiyyatı bu maddi çətinliyə tab gətirəcək gücdədir. Lakin o vurğulayıb ki, Avropa Birliyi ilə anlaşma İngiltərə üçün çox böyük əhəmiyyət kəsb edir.