ABŞ mərkəzli texnologiya şirkəti "Apple" mikro çip istehsalçısı "Intel"in bir bölməsini satın alıb.
"Kommersant.az" xəbər verir ki, həmin bölmə smartfonlar üçün modem istehsalı ilə məşğul olur.
"Apple" mövcud satınalma üçün 1 milyard dollar ödəyib. Həmçinin razılaşmanın ardından texnologiya şirkəti 17 min texnologiya patentinə sahib olacaq və "Intel"in həmin bölümdə çalışan 2200 işçisi "Apple"a qatılacaq. (Finans.az)