USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Apple" "İntel"in bu texnologiyasını alır - 1 Milyard dollara

29.07.2019 Dünya
0 0
Texnologiya nəhəngi Apple, çip sahəsində dünyanın ən yaxşıları arasında yer alan Intel-in ağıllı telefonlar üçün inkişaf etdirdiyi modem çipi texnikasının böyük əksəriyyətini 1 milyard dollara aldığını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, Apple və Intel arasında imzalanan müqavilənin bu ilin dördüncü rübündə fəaliyyətə başlaması gözlənilir. Bu müqavilə ilə Intelin bu sahədəki texnologiyasının müəlliflik hüquqları, avadanlığı, kontraktları və 2.200 əməkdaşı Apple-a keçir.

Apple bu müqavilə ilə 17 min kabelsiz texnologiya patentini əldə edəcək; Intel isə bu texnologiyanı "ağıllı telefon" adlandırılan smartfonlardan başqa cihazlar -kompüter, nterneti vasitələri,fərqli axtarışlar üçün inkişaf etdirəcək. Apple, Intel-dən patent və işçilərini bütövlükdə 1 milyard dollara alaraq öz 5g texnologiyasına malik çip istehsal etməyə başlayacaq. Bu haqda xəbər ilk dəfə bu həftə ərzində Amerikanın Wall Street Journal qəzetində yer alıb.

Apple, uzun bir müddət ərzində hüquqi problemlər yaşadığı telekommunikasiya avadanlıq şirkəti Qualcomm ilə aprel ayında sürpriz bir razılığa gələrək bu şirkətin ağıllı telefonlar üçün istehsal etdiyi modemləri modellərində istifadə edəcəyini açıqlamışdı.

Bu inkişafın əsasında Intel, Aprel ayında 5g mobil modem texnologiyasından çəkildiyini açıqlayıb. Intel İcraçı Direktoru Bob Svan, ən böyük müştərilərinin Apple olduğunu, bu üzdən Apple-i itirmələrinin sonra bu texnologiyada gələcək görmədiklərini deyib.

Apple, Intel-dən bu texnologiyanı satın almasıyla 5g texnologiyasına sahib ağıllı telefonlarını istehsal etməkdə böyük üstünlük qazanmış olacaq.

Xatırladaq ki, uzun bir dövr ərzində Apple, Intelin ağıllı telefon modem texnologiyasının yeganə müştərisi olub. Bütün digər Android telefonlar bu texnologiyada ya "Qualcomm" şirkətindən istifadə edir, ya da özləri istehsal edir. (EkoNews)