USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

106 milyon bank müştərisinin şəxsi məlumatları oğurlandı

30.07.2019 Dünya
0 0
ABŞ-ın 7-ci nəhəng bankı "Capital One" şirkəti kiber hücuma məruz qalıb.

"Kommersant.az" xəbər verir ki, 106 milyon müştərinin şəxsi, 140 min nəfərin isə sosial təhlükəsizlik məlumatları ələ keçirilib.

Məlumatları oğurlanan şəxslər 2005-2019-cu illərdə kredit kartı üçün müraciət edənlərdir. Onların 100 milyonu ABŞ, 6 milyonu Kanada vətəndaşıdır.

"Capital one"ın açıqlamasına görə, hadisədə şübhəli bilinən Peyc Tompson artıq həbs edilib. (Qaynarinfo)