USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Sony" gəlir gözləntilərini aşağı endirdi

02.08.2019 Dünya
0 0
Yaponiya mərkəzli texnologiya şirkəti "Sony" ikinci rüb göstəricilərini açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, şirkət aprel-iyun aylarında 900 min smartfon təhvil verib. Bu isə son 9 ildə ən az göstərici olub. Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin təhvil verdiyi smartfonların sayı 2 mln. ədəd idi.

Satışların aşağı düşməsi ilə bağlı olaraq "Sony"nin maliyyə departamenti gəlir proqnozlarını 7% endirərək 3,55 mln. dollar həddində qəbul edib.

Lakin şirkətin "Sony Xperia 1" modelinin satışları ilə bağlı gözləntiləri yüksəkdir və bu yolla gəlirlərini artıracağını düşünür. (Finans.az)