USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

06.08.2019 Dünya
0 0
Avqustun 5-də Amerika fond bazarında Dow Jones indeksi 2,9% – 25,717.74 bəndədək, SP 2,98% – 2,844.74 bəndədək, Nasdaq isə 3,47% – 7,726.04 bəndədək enib.

Avropa fond bazarlarında avqustun 5-də FTSE 100 indeksi 2.47% – 7,223.85 bəndədək, Almaniya DAX-ı 1,8% – 11,658.51 bəndədək, Fransa CAC-40 isə 2,19% – 5,241.55 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,24% yüksələrək 1 468,3 dollara bərabər olub.

Avqustun 5-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0094% artaraq 1,1199 dollar təşkil edib. (Apa)