USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Google"un işində problem yaranıb

12.08.2019 Dünya
0 0
Amerikanın "Google" axtarış sisteminin işində problemlər müşahidə olunur.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Downdetector" saytının məlumatlarından məlum olur.

Bildirilir ki, axtarış sisteminin işində problemlər Bakı vaxtı ilə 01:30-dan başlayıb. "Google"un işindən daha çox ABŞ, Rusiya, Niderland, həmçinin Latın Amerikası ölkələrinin sakinləri şikayət edir.

"Downdetector"un məlumatına görə, istifadəçilərin böyük əksəriyyəti axtarış verən zaman problemlə üzləşiblər. Bəziləri isə avtorizasiya ilə bağlı problemlər olduğunu deyir.