Ruslar ərzağı borca daha çox almağa başlayıblar

22.08.2019 Dünya
Rusiyada ərzaq mağazalarında taksit kartları ilə alış-verişlərin payı artıb.

"Kommersant.az" xəbər verir ki, cari ilin ilk yarısının nəticələrinə görə bu göstərici 14% (bir il əvvəl 9,3% olub) təşkil edib.

2018-ci ildə taksitə götürülən malların reytinqində ərzaq məhsulları yalnız 5-ci yerdə olsa da hazırda ikinci pillədə qərarlaşıb.

Qeyd edilir ki, əhali ərzağı kreditə ya pul çatmadığı üçün, ya da maliyyə cəhətdən əlverişli olduğu üçün götürür. Belə ki, bəzi kartlar faizsiz dövr, yüksək keşbek və ya endirimlər təklif edir. (Finans.az)