USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya aviaşirkəti Rostov-Bakı istiqamətində uçuşlara başlayır

20.09.2019 Dünya
0 0
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azimut” aviaşirkətinə Rostov-Bakı marşrutu və geri istiqamətdə uçuşlar həyata keçirmək üçün icazə verib.

"Kommersant.az" xəbər verir ki, Rostov aviaşirkəti həftədə üç dəfə Bakıya uçuşlar təşkil etməyi planlaşdırır.

Aviaşirkətdən Bakıya uçuşların reys cədvəlində artıq 2020-ci ilin əvvəlindən yer alacağı bildirilib.

Qeyd edək ki, əvvəllər Rostovdan Bakıya "Pobeda” aviaşirkəti uçuşlar həyata keçirirdi. Yayda Rusiyanın "İrAero” aviaşirkəti də bu cür planları olduğunu açıqlamışdı. (Report.az)