USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Varlılar uşaqlarına bu adları qoyur - SİYAHI

27.09.2019 Dünya
0 0
Elit uşaq geyimləri mağazası "HushHush” uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.

"Kommersant.az" oxu.az-a istinadla xəbər verir ki, siyahıya milyarderlər arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. Siyahı tərtib etmək üçün onlar mağazada qeydiyyatda olan müştərilərin adlarını və İngiltərənin "Sunday Times” qəzetinin hazırladığı min ən varlı insan haqqında məqalədən istifadə ediblər.

Belə ki, uğur gətirəcək ən məşhur oğlanların adları John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim hesab olunur.

Milyarder qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adlarına çox rast gəlinir.

Mağazanın qurucusu Aaron Harpin siyahının gələcək valideynlərə uşaqları üçün "ideal” ad seçiminə və həyatda uğur şansını artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.