USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Vergi cənnətləri"nin siyahısına yenidən baxılacaq

05.10.2019 Dünya
0 0
Oktyabrın 10-da, Lüksemburqda Avropa İttifaqının İqtisadi və Maliyyə Məsələləri Şurasının (ECOFIN) iclası keçiriləcək.

"Kommersant.az" "Report"-a istinadən xəbər verir ki, iclas ittifaqa üz olan 28 ölkənin maliyyə nazirlərinin iştirakı ilə baş tutacaq.

İclasda Aİ ilə vergi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısı yenilənəcək. İndiyə qədər ittifaqla əməkdaşlıq qaydalarına əməl etməyən Birləşmiş Ərəb Əmirlikləri və Marşall Adalarının "Qara siyahı"dan, İsveçrənin "əməkdaşlıq etməyən” ölkələrin siyahısından çıxarılacağı gözlənilir.

Bundan başqa, vergi tənzimləmələrini Aİ qaydaları ilə uyğunlaşdırmaq barədə öhdəlik götürmüş İsveçrə, Serbiya, Albaniya, Kosta Rika və Mavritaniya "boz siyahı"dan çıxarılması nəzərdə tutulub.

2017-ci ildə çoxsaylı şirkət və fiziki şəxslərin offşor hesablardan istifadə edərək vergidən yayındığı ortaya çıxdıqdan sonra, Aİ "vergi cənnətləri"nin siyahısını müəyyənləşdirməyə başlayıb. Əgər ittifaqa daxil olan və olmayan hər hansı ölkənin vergi qanunvericiliyi digər ölkədə vergidən yayınmağa imkan verirsə həmin ölkə "Qara siyahı"ya düşür.