USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Açıq kosmosa yalnız qadınlar çıxacaq - İlk dəfə

05.10.2019 Dünya
0 0
Tarixdə ilk dəfə olaraq yalnız qadınlardan ibarət heyət açıq kosmosa çıxa bilər.

"İnterfaks”ın verdiyi məlumata görə, bu şərəfə amerikalı astronavtlar – Kristina Kuk və Enn Makkleyn layiq görülüblər. Bu kosmik əməliyyatın 2019-cu ilə planlaşdırıldığı bildirilir.

Qeyd edək ki, indiyədək açıq kosmosa yalnız qadınlardan ibarət heyət çıxmayıb.

Məlumata əsasən, Kuk və Makkleyn hazırda Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindədirlər.