USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən nadir sikkələrdən biri 2 mln. dollara qiymətinə hərraca çıxarıldı

15.10.2019 Dünya
0 0
Dünyanın ən nadir sikkələrdən biri eramızın 723-cü il tarixli qızıl dinardır. Qədim sikkə İngiltərədə hərraca çıxarılacaq. "Daily Mail” in verdiyi məlumata görə, lotun ilkin qiyməti 1,6 milyon funt sterlinqə (2,02 milyon dollar) çatır.

"Kommersant.az" Banker.az-a istinadən xəbər verir ki, hal-hazırda dünyada bu sikkələrin sayı ona yaxındır. Və bu, hərraca çıxarılan ikinci sikkədir.

"Bu sikkə möhtəşəmdir. O, mühüm tarixi sənəddir”, – deyə islam sikkələri üzrə ekspert olan Stiven Lloyd bildirib.

Sikkənin üzərindəki mətn "Sadiqlərimin komandiri” kimi tərcümə olunur.

İngiltərədə keçiriləcək hərrac oktyabrın 24-ü baş tutacaq.