USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk aviaşirkəti Tbilisidən İstanbula - UÇUŞLARI DAYANDIRIR

11.11.2019 Dünya
0 0
Türkiyənin «Atlasglobal» şirkəti 9 noyabrdan etibarən Tbilisi-İstanbul reyslərini dayandırıb.

"Kommersant.az" xəbər verir ki, Tbilisi aeroportunu idarə edən «TAV-Georgia» şirkəti də bu məlumatı təsdiqləyib.

Reyslərin dayandırılmasına səbəb maliyyə problemləridir. Bu problemlərə görə «Atlasglobal» artıq bir dəfə yay aylarında reysləri dayandırıb, sonra 16 iyulda bərpa etmişdi.

Qeyd edək ki, «Atlasglobal» Türkiyə daxilində, eləcə də Avropa və Asiya ölkələrinə müntəzəm və çarter reysləri həyata keçirir. Şirkətin uçuşları İstanbulun yeni hava limanından başlayır, «ETS Group»a məxsusdur.

Xatırladaq ki, Gürcüstan aeroportları ilk 9 ayda sərnişin daşımalarını 5,4% artıraqaq 4,1 milyon nəfər daşıyıblar. Artım Kutaisi aeroportundakı sürətli yüksəlişin hesabınadır. Belə ki, Tbilisi aeroportundan uçuşlar cəmi 0,68%, Batumidən uçuşlar 2% artdığı halda, Kutaisidən uçanların sayında 40% artım var. (Fed.az)