USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Tesla” Avropadakı ilk müəssisəsinə nə qədər pul qoyacaq

18.11.2019 Dünya
0 0
ABŞ-ın "Tesla” şirkəti Berlində tikiləcək Avropadakı ilk müəssisəsinə 4,4 milyard avro yatırmaq niyyətindədir.

"Kommersant.az" xəbər verir ki, yeni müəssisədə ildə 150 minədək elektromobil, habelə akkumulyatorlar istehsal olunacaq. Müəssisədə ilkin olaraq 3 min, sonradan 7 minədək işçi çalışacaq.

Qeyd edək ki, "Tesla”nın sahibi Elon Mask ötən həftə "Bild am Sontag” və "Auto Bild” nəşrlərinin himayəsilə keçirilən illik "Qızıl sükan” müsabiqəsi mükafatlarının təqdimat mərasimində Avropada ilk istehsalat müəssisələrinin tikiləcəyini açıqlamışdı. "Twitter”dəki səhifəsində iş adamı həmçinin Berlində şirkətin layihə konstruktor bürosunun da yaradılacağını bildirib.

Onu da qeyd edək ki, Berlin müəssisəsi "Tesla”nın sayca dördüncü, xarici ölkələrdə isə Şanxaydakı üçüncü müəssisəsədən sonra ikinci müəssisəsi olacaq. /R