USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan beynəlxalq reyslərin bərpa olunmasını təxirə saldı

26.06.2020 Dünya
0 0
Gürcüstan müntəzəm beynəlxalq uçuşlarda məhdudiyyətləri iyulun 31-dək uzadıb.

"Kommersant.az" xəbər verir ki, “Sputnik Gürcüstan” bu barədə ölkənin Mülki Aviasiya Agentliyinin açıqlamasına istinadla məlumat yayıb.

Koronavirus pandemiyası səbəbindən ölkə martın 21-dən etibarən bütün istiqamətlərdə hava nəqliyyatını tamamilə dayandırmışdı. Səlahiyyətlilər iyulun 1-dən sərhədləri xarici turistlərə açmağı planlaşdırırdılar.

Bildirilir ki, mütəmadi uçuşların bərpa edilməsi barədə qərar Gürcüstanda və dünyada epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.