USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran Mərkəzi Bankı dövriyyəyə yeni əskinaslar buraxır

08.02.2021 Dünya
0 0
İran Mərkəzi Bankı dövriyyəyə yeni 10 000, 20 000 və 50 000 riallıq (1, 2 və 5 tümənlik) əskinaslar buraxır.

“Mehr” agentliyi xəbər verir ki, bu barədə Mərkəzi Bankının məsul şəxsi Əmir Şokri bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə yeni əskinaslar dövriyyəyə buraxılacaq.

Qeyd edək ki, 2020-ci il mayın 4-də İran parlamenti milli valyutanın rialdan tümənə dəyişdirilməsinə qərar verib. Qərarda bildirilir ki, İranın milli valyutasının adı tüməndir və hər 1 tümən 10 min riala və 100 qrana (qəpik adı belədir) bərabərdir.

İran Mərkəzi Bankının sədri Əbdünnazir Himmeti 2-5 il ərzində tamimlə tümənə keçiləcəyinin bildirib.

Qeyd edək ki, 2 tümənin üzərində Təbrizdəki Şairlər Mavzoleyinin şəkili həkk olunub.